Bank Of Baku

«ABB-Gürcüstan» plastik kartların emissiyasına başlayıb

«ABB-Gürcüstan» plastik kartların emissiyasına başlayıb
# 04 noyabr 2010 10:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan «Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan» («ABB-Gürcüstan») 2010-cu ilin oktyabr ayından «Visa International» plastik kartların emissiyasına başlayıb.

ABB-dən «APA-Economics»ə verilən məlumata görə, artıq «ABB-Gürcüstan»ın müştəriləri «Visa Electron», «Visa Classic» və «Visa Gold» plastik kartlarının sahibi ola bilər, gələcəkdə isə «Visa Platinum» və «Visa Infinite» kartlarının buraxılması nəzərdə tutulub.

«ABB-Gürcüstan»ın İdarə Heyətinin sədri Samir Vəliyevin sözlərinə görə, plastik kartların buraxılması banka fiziki şəxslərlə işin həcminin artırılmasına imkan yaradacaq. Həmçinin, bank rəhbərliyi korporativ müştəriləri «Əmək haqqı kartı» layihəsinə də cəlb etmək niyyətindədir. S.Vəliyev vurğulayıb ki, bankın qarşısında plastik kartlarla bağlı olan infrastrukturun, o cümlədən bankomat və POS-terminallar şəbəkəsinin genişləndirilməsi üzrə planlar qoyulub. Qeyd edək ki, hazırda bankın 4 bankomatı var və onlar Tiflisin mərkəzi rayonlarında quraşdırılıb.

Xatırladaq ki, «ABB-Gürcüstan» 2006-ci ilin noyabr ayında təsis edilib, bankın nizamnamə kapitalı 7 mln. ABŞ dolları təşkil edir. Bankın səhmlərinin 75%-i Azərbaycan Beynəlxalq Bankına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR