Bank Of Baku

ABŞ hökuməti iqtisadiyyatın stimullaşdırılmasına daha 600 mlrd. dollar xərcləyəcək

ABŞ hökuməti iqtisadiyyatın stimullaşdırılmasına daha 600 mlrd. dollar xərcləyəcək
# 04 noyabr 2010 10:56 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Federal Ehtiyatlar Sistemi (FES) qlobal maliyyə böhranından sonra iqtisadiyyatın stimullaşdırılmasına yönəldilmiş yeni tədbirlərin anonsunu verib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, FES 600 mlrd. dollar dəyərində uzunmüddətli dövlət istiqrazlarını almaq qərarına gəlib.

FES-in planlarına əsasən, Xəzinədarlığın istiqrazlarının alınması 2011-ci ilin ortalarına qədər başa çatmalıdır. Əmək bazarında borc kağızlarına sərmayələr qoyulması gələcəkdə ipoteka kreditləri üzrə faiz dərəcələrinin aşağı düşməsinə və amerikalıların istehlakçı aktivliyinin artmasına gətirib çıxaracaq.

FES-dən bildiriblər ki, iqtisadiyyatın bərpa templəri hələ də aşağıdır, əmək və əmlak bazarının fəallıq səviyyəsi ürəkaçan deyil, ABŞ vətəndaşlarının məsrəf səviyyəsi isə iqtisadçıların gözlədiyindən də azdır.

Bununla belə, FES-in Açıq bazarda əməliyyatlar üzrə Komitəsinin iclasında bildirilib ki, baza faiz dərəcəsi əvvəlki kimi rekord aşağı səviyyədə (0-0,25) saxlanacaq.

Qeyd edək ki, indiyədək iqtisadiyyatın valyuta stimullaşdırılması çərçivəsində FES dövlət istiqrazlarına və ipoteka kağızlarına 1,7 trln. dollar sərmayə qoyub. Nəticədə ipoteka kreditləri üzrə faiz dərəcəsi tarixi minimuma enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR