Bank Of Baku

«Turanbank» islam bankçılığı üzrə araşdırmalarını başa çatdırıb

«Turanbank» islam bankçılığı üzrə araşdırmalarını başa çatdırıb
# 04 noyabr 2010 12:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC islam bankçılığı prinsipləri əsasında yerli xidmət və məhsullar bazarının təhlilini başa çatdırıb və bu sahəyə aid öz konsepsiyasını hazırlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, korporativ istiqamətlə yanaşı konsepsiya islam bankçılığı üzrə pərakəndə xidmətlər çeşidini (riteyl) inkişaf etdirmək niyyətindədir.

Bankdan bildirilib ki, tədricən bütün müştərilərə xidmətlər «islam bankçılığı» pəncərəsi vasitəsi ilə göstəriləcək. İslam bankçılığı prinsipləri əsasında bank məhsul və xidmətlərin «Turanbank»da tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. İlk növbədə depozit və həm korporativ, həm də riteyl sahəsində maliyyələşdirmə üzrə bəzi xidmətlər islam bankçılıq prinsiplərinə keçiriləcək ki, gələcəkdə bu proses qalan xidmətləri, o cümlədən innovasiya bank məhsullarını da əhatə edəcək.

Bankda hesab edirlər ki, hazırda bazarda islam bankçılığı prinsipləri əsasında xidmətə maraq göstərən müəyyən müştəri bazası mövcuddur və bu tələbatı təmin etmək məqsədi ilə «Turanbank» həmin iş prinsiplərinin tətbiqi üzrə təhlil aparıb və «İslam bankçılığı» pəncərəsini açmaq niyyətindədir.

Bununla bağlı bank İslam İnkişaf Bankı qrupuna daxil olan İslam Araşdırma və Treninq İnstitutu (IRTI) ilə əməkdaşlığı genişləndirəcək. Hazırda bu istiqamətdə «Turanbank» İslam İnkişaf Korporasiyası və Ticarətin Maliyyələşdirməsi üzrə Beynəlxalq İslam Korporasiyası ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR