Bank Of Baku

Oktyabrda Azərbaycanda inflyasiya 1%-ə çatıb

Oktyabrda Azərbaycanda inflyasiya 1%-ə çatıb
# 04 noyabr 2010 12:36 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,9% bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2% ucuzlaşıb.

Ötən ay ərzaq məhsullarından buğda unu, qarabaşaq yarması, çörək məhsulları, makaron məmulatları, mal və qoyun əti, toyuq və toyuq budu, təzə balıq, süd, xama, pendir, yumurta, kərə yağı, bitki yağları, banan, armud, heyva, xurma, xiyar, pomidor, bibər, sarımsaq, soğan, kartofun qiymətləri bahalaşıb. Eyni zamanda, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma müşahidə olunub ki, bu da əsasən düyü, əlavə toyuq məhsulları, limon, portağal və naringi, alma, nar, şabalıd, kələm, göyərti, çuğundur, kökün qiymətlərində qeydə alınıb.

Payız mövsümü ilə əlaqədar olaraq geyim və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam edib. Bundan əlavə ay ərzində inşaat materiallarından boyalar, divar üçün kağızlar, pəncərə şüşəsi, kəsilmiş taxta, ağac yonqar və lifli lövhələr, kərpic, mətbəx üçün mebel, yataq və qonaq otaqları üçün mebel dəsti, yumşaq mebel dəstinin qiymətləri yüksəlib. Bununla yanaşı, oktyabrda yarımyun parça, qadın üçün yay yubkası, qısaqol köynəklər, su tənzimləyici cihazlar, vannalar, sementin qiymətləri ucuzlaşıb.

Oktyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində isə ucuzlaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR