Bank Of Baku

Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artımı üzrə proqnozunu azaldıb

Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artımı üzrə proqnozunu azaldıb
# 04 noyabr 2010 12:46 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) cari il və gələn il dünya iqtisadiyyatının artımı üzrə proqnozunu azaldıb.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu barədə BVF-nin baş iqtisadçısı Olivye Blanşar açıqlama verib.

Onun sözlərinə görə, BVF 2010-cu ildə 4,8%, 2011-ci ildə 4,2% iqtisadi artım gözlədiyi halda, hazırda bu rəqəmi 3-4%-ə endirib.

O.Blanşar qeyd edib ki, müxtəlif ölkələrdə ÜDM-in artım tempi bir-birindən kəskin fərqlənəcək: “İnkişaf etməkdə olan ölkələrdə bu rəqəm 6-8% və daha artıq, inkişaf etmiş ölkələrdə isə 1-2% olacaq”.

Qeyd edək ki, 2009-cu ildə İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Ümumdünya ÜDM-i mənfi dinamikaya enərək, - 0,7% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR