Bank Of Baku

«Turanbank» ITFC-dən cəlb etdiyi ilk kreditin istifadəsini ilin sonunadək başa çatdıracaq

«Turanbank» ITFC-dən cəlb etdiyi ilk kreditin istifadəsini ilin sonunadək başa çatdıracaq
# 04 noyabr 2010 13:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasından (ITFC, İslam İnkişaf Bankı Qrupu) cəlb etdiyi 1,3 mln. ABŞ dolları həcmində kredit xəttinin yerləşdirilməsini bu ilin sonuna kimi başa çatdıracaq.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ölkədə ticarətin maliyyələşdirilməsi üçün nəzərdə tutulan kredit xətti banka bir il müddətinə ayrılıb. Şəriət qaydalarına uyğun kreditlə bağlı müraciət edən hər bir müştəriyə minimum 200 min dollar həcmində kreditin ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, kreditin ayrılmasına dair danışıqlara bu ilin iyul ayında başlanılıb, müvafiq kredit müqaviləsi isə tərəflər arasında bu günlərdə imzalanıb. Hələ «Turanbank»a şəriət qaydalarına uyğun hər hansı bir layihə potensial benefisiarlar tərəfindən təqdim olunmayıb.

Kreditin cəlb edilməsində əsas məqsəd Azərbaycanda ticarətlə bağlı layihələri maliyyələşdirmək, həmçinin ölkədə kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir.

Xatırladaq ki, ITFC 2007-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitalı 300 mln. dollar olan korporasiyaya 56 ölkə üzvdür.

Təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin sayı 126,485 mln. manat, kredit portfeli 95,481 mln. manat, depozit portfeli 45,502 mln. manat, məcmu kapitalı 22,012 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,50 mln. manat təşkil edib. Bankın ölkə üzrə 11 filialı, 12 bankomatı və 73 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR