Bank Of Baku

İspaniyanın baş naziri villasını satır

İspaniyanın baş naziri villasını satır
# 04 noyabr 2010 14:25 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın baş naziri Xose Luis Rodriqes Sapatero Almeriya əyalətindəki villasını satışa çıxarıb.

APA-Economics”in İspaniya mətbuatına istinadən xəbərinə görə, 100 kv. metr sahəsi olan villanın böyük bağı da var.

Baş nazir Mirador-de-la-Vera qəsəbəsində yerləşən villanı dünya maliyyə böhranı başlamamışdan əvvəl - 2007-ci ildə 440 min avroya alıb. Ekspertlərin fikrincə, hazırda mülkün 400 min dollar qiyməti var.

Qeyd edək ki, Sapatero bundan əvvəl villanı kirayə vermək istəsə də, buna nail ola bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR