Azərbaycanda istehsalatda bədbəxt hadisələr nəticəsində peşə əmək qabiliyyətini itirənlərə sığorta ödənişi verilməsi qaydaları təsdiqlənib
«APA-Economics»in məlumatına görə, bununla bağlı verilən qərara əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi zamanı aylıq və ya birdəfəlik sığorta ödənişləri üçün icbari sığorta müqaviləsi, sığorta olunanın və ya digər faydalanan şəxsin imzaladığı sığorta tələbi, istehsalatda bədbəxt hadisə haqqında akt, məhkəmə qərarının surəti, hadisə nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi haqqında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən şəhadətnamənin surəti, sığorta olunan öldüyü halda, ölüm haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surəti və onun himayəsində olmuş ailə üzvləri haqqında arayış, eləcə də sığorta olunanın və ya faydalanan şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti tələb olunacaq.
Sığorta olunana əlavə sığorta ödənişinin təyin edilməsi üçün yuxarıda sadalanan sənədlərlə yanaşı, sığorta olunanın həmin ödənişə aid yardım və qulluq növlərinə möhtac olması və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasının qərarının surəti də tələb olunur.
Annuitet müqaviləsi üzrə sığorta ödənişlərinin təyin edilməsi həmin müqavilə əsasında həyata keçirilir.
Nazirlər Kabinetinin qərarına əsasən, sığorta hadisəsinin baş verməsi barədə məlumat almış sığortaçı (sığorta şirkəti) sığorta tələbinin təqdim edilməsi üçün faydalanan şəxsi sığorta tələbi üzrə sorğu vərəqəsi ilə təmin etməli və lazım olduqda, həmin vərəqənin doldurulması üçün ona kömək etməlidir.
Bu qərarla təsdiqlənmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları»na əsasən, aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq, birdəfəlik sığorta ödənişi - sığorta ödənişinin təyin edildiyi tarixdən 3 iş günü müddətində, əlavə sığorta ödənişi - TSEK-in müvafiq qərarı ilə təyin edildiyi tarixdən həmin qərarla müəyyən edilmiş müddətdə ödənilməlidir.
Aylıq sığorta ödənişi alan şəxs öldükdə, onun əmək qabiliyyəti bərpa olunduqda (bu, TSEK tərəfindən təsdiqlənməlidir) və ya təkrar müayinədən keçməkdən imtina etdikdə ona verilən aylıq sığorta ödənişi dayandırılır. Bu əsaslar aradan qalxdığı tarixdən aylıq sığorta ödənişinin verilməsi bərpa edilir.
Əgər aylıq sığorta ödənişi alan şəxs məhz həmin sığorta hadisəsinin səbəb olduğu haldan ölsə, onun yaxınlarına birdəfəlik sığorta ödənişi verilir. Bu o halarda mümkündür ki, sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər olsun, sığorta olunanın ölümündən sonra uşağı doğulsun, sığorta olunanın himayəsində olmuş və onun 14 yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü olsun, sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra 5 il ərzində əmək qabiliyyətini itirmiş şəxslər olsun.
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
DÇ-2026: Almaniya mundialın debütantını darmadağın elədi
Egey dənizinin qərbində 5 bal gücündə zəlzələ olub
Paşinyan: Ermənistandan qaçmağı xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq
Robert Köçəryanın Ermənistanı tərk etməsinə imkan verilməyib
Zelenski Trampla yaxın günlərdə görüşlə bağlı razılığa gəlib
Vens: Tramp hələ mənimlə prezidentliyə namizədliyimi müzakirə etməyib
Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəldi
Tramp: ABŞ-İran sazişi yaxın üç saat ərzində imzalanacaq
Tramp və Putin arasında telefon danışığı olub
İsrailin Livana zərbələrindən sonra İran-ABŞ arasındakı sülh razılaşmasının tarixi qeyri-müəyyən olaraq qalıb
Tramp və Zelenski arasında telefon danışığı olub
Tramp: “Beyruta hücum olmamalı idi, xüsusilə də İranla sülh sazişinə yaxın olduğumuz xüsusi bir gündə”
Fransa müdafiə məqsədi ilə yeni nüvə raketi hazırlayır
Ermənistanın Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini açıqlayıb
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib - FOTO
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yayıb
Hikmət Hacıyev Ermənistana səfər edib, Armen Qriqoryanla görüşüb
Avropa liderləri G7 sammitində Trampla görüşüb Ukraynaya dəstək məsələsini müzakirə edəcək
2026 Dünya Kuboku ABŞ iqtisadiyyatına 17 milyard dollar gəlir gətirə bilər
İsveçrəlilər əhalinin 10 milyon nəfərlə məhdudlaşdırılması təşəbbüsünü rədd ediblər - YENİLƏNİB
İsrail şimal bölgəsinə edilən dron hücumlarına cavab verdiyini açıqlayıb
İran-ABŞ arasındakı razılaşma layihəsində yeni təkliflər var
Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
ABŞ və İran arasında virtual sülh razılaşmasında Vens və Qalibaf iştirak edəcək
25 avtomobil yolunda sel suları nəticəsində zədələnmiş infrastrukturun bərpası aparılır - VİDEO
Zelenski: “Ukrayna dronları Rusiyada neft obyekti və "Azot" zavodunu vurub”
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Hizbullah son 24 saatda İsrailə qarşı 22 hücum həyata keçirib
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
KİV: Fon der Lyayen Kallasla münaqişəyə görə islahatlara başlayır
Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
ABŞ və İran rəsmiləri razılaşmanı virtual imzalanmağa hazırlaşır
Rusiyanın Oryol şəhərinə dron hücumu olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb
Böyük Britaniya Rusiyanın neft tankerini saxlayıb
Ağdamda ildırım düşməsi nəticəsində mağaza və mebel sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
Daşkəsəndə sel suları yolun çökməsinə səbəb olub - FOTOLENT
DİM Tovuzda qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərə müraciət edib
İsrail ordusu Livanın Məcdal Zoun bölgəsinə dronlarla hücum edib
Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
KİV: Rusiya Ukraynadakı müharibədə ciddi kadr çatışmazlığı ilə üzləşib
DÇ: Türkiyə çempionata məğlubiyyətlə başlayıb - YENİLƏNİB
Moskvaya doğru hərəkət edən dörd PUA vurulub