Bank Of Baku

Azərbaycanın aparıcı özəl tikinti şirkəti iri həcmli istiqraz emissiyasına hazırlaşır

Azərbaycanın aparıcı özəl tikinti şirkəti iri həcmli istiqraz emissiyasına hazırlaşır
# 05 noyabr 2010 07:27 (UTC +04:00)
Emissiya prospektinə əsasən, yerləşdirmə Bakı Fond Birjası (BFB) vasitəsi ilə keçiriləcək.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 1 000 manat, sayı 50 min ədəd nəzərdə tutulur. Tədavül müddəti 3 il (1095 gün) olan istiqrazların gəlirliyi illik 12,5% təşkil edir. Emissiyanın anderrayteri kimi «Texnika Kapital Menecment» MMC çıxış edir.

İstiqraz buraxılışında əsas məqsəd «Akkord İnşaat-Sənaye» ASC-nin fəaliyyətinin genişləndirilməsidir. Qeyd edək ki, istiqrazların illik gəlirliyinin kifayət qədər yüksək olması şirkətin emissiya nəticəsində cəlb ediləcək vəsaitə ehtiyacının böyük olduğunu göstərir ki, faiz dərəcəsinin səviyyəsi emitentin investorların maraqlarını artırmasına yönəldilən əsas alətlərdən biridir.

Müqayisə üçün qeyd edək ki, sentyabrın 1-ə olan məlumata görə, ölkədə manatla qoyulan bank əmanətləri üzrə orta illik gəlirlik 12,09%, hüquqi şəxslərin depozitləri üzrə orta gəlirlik isə 6,14% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR