Bank Of Baku

Estoniya sovet dövründən qalmış borcunu Latviyaya qaytarır

Estoniya sovet dövründən qalmış borcunu Latviyaya qaytarır
# 05 noyabr 2010 08:44 (UTC +04:00)
Bakı - APA-Economics. Estoniya hökuməti 1989-cu ildə Latviyadan aldığı krediti qaytarmaq qərarına gəlib.

APA-Economics”in “Delfi”yə istinadən xəbərinə görə, bu barədə Estoniya hökumətinin mətbuat xidməti açıqlama yayıb.

Latviyaya Estoniyanın Ehtiyat Fondundan 2,09 mln. kron (130 min avro) ödəniləcək. Borcun ödənilməsi noyabrın 18-nə - Latviyanın Müstəqillik gününə qədər sona çatacaq.

Qeyd edək ki, sözügedən kredit Latviyanın Vaşinqtondakı səfirliyi tərəfindən Estoniyanın Nyu-Yorkdakı baş konsulluğuna verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR