Bank Of Baku

«AGLeasing» şirkəti portfelini 3,255 mln. manata çatdırıb

«AGLeasing» şirkəti portfelini 3,255 mln. manata çatdırıb
# 05 noyabr 2010 09:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu il noyabr ayının 1-nə 3,255 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 52% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 44% azalaraq 5,857 mln. manat olub. Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində (1 mln. manat) artım olmayıb. Həmçinin, noyabrın 1-nə şirkətin lizinq müqavilələrinin sayı 107-yə çatıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital İnvestments» və ABŞ-ın «Delta Trans Group» şirkətləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR