Bank Of Baku

BBVB-nin valyuta bölməsinə üzv olan bankların sayı artıb

BBVB-nin valyuta bölməsinə üzv olan bankların sayı artıb
# 05 noyabr 2010 10:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsinin üzvləri sırasına Azərbaycanın «BTB» bankı daxil olub. Birjadan «APA-Economics»ə verilən məlumata görə, bununla da BBVB-nin valyuta bölməsinin üzvlərinin ümumi sayı 46-ya çatıb.

Xatırladaq ki, nizamnamə kapitalı 12 mln. manat olan «BTB» ASC 100% yerli kapital hesabına yaradılıb və bu ili naprel ayında lisenziya alıb. Bankın qanuni təmsilçisi rolunda Emil Sabir oğlu Rzayev, Müşahidə Şurasının üzvləri rolunda Ceyhun Məsud oğlu Paşalı, Asim Ramiz oğlu Salamov, Hafiz Məcid oğlu Məmmədov, təsisçisi qismində isə Nigar İsmayıl qızı Mehdiyeva, Cəfər Tofiq oğlu Əliyev, Elməddin Nurəddin oğlu Əliyev çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR