Bank Of Baku

Azərbaycanda auditor şirkətlərinin rəhbərləri üçün seminar keçirəcək

Azərbaycanda auditor şirkətlərinin rəhbərləri üçün seminar keçirəcək
# 05 noyabr 2010 11:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Noyabr ayının 12-də Azərbaycan Auditorlar Palatasında «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanunun auditor xidməti göstərən şəxslər qarşısında yaratdığı öhdəliklər» mövzusunda seminar keçiriləcək.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, seminarda Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının mütəxəssislərinin məruzələri dinləniləcək. Məruzələr «Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları», «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə auditorun hüquq və vəzifələri» və digər mövzuları əhatə edəcək.

Qeyd edək ki, seminarda sərbəst auditorlar və auditor təşkilatlarının rəhbərləri iştirak edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR