Bank Of Baku

Azərbaycanda daha bir sığorta şirkəti adını dəyişib

Azərbaycanda daha bir sığorta şirkəti adını dəyişib
# 05 noyabr 2010 12:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «American International Group Caspian» (AIG Caspian) sığorta şirkətinin adı «Çartis Azərbaycan» ASC-yə dəyişdirilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «AIG Caspian» MMC-nin adı təsisçilərin qərarı ilə dəyişdirilib və Azərbaycan Vergilər Nazirliyi tərəfindən artıq dövlət qeydiyyatına alınıb.

Şirkətin Maliyyə Departamentinin direktoru Elmar İslamın sözlərinə görə, şirkətin brendinin dəyişməsi ilə yanaşı təsisçilərin tərkibində də dəyişiklik edilib. Belə ki, şirkətin təsisçiləri sırasına daxil olan yerli «Caravan İnvestment» şirkəti ləğv edilərək səhm kapitalı tam olaraq ABŞ-ın «AIG» şirkətinə keçib.

Xatırladaq ki, «Caravan İnvestment» xarici kapitallı yerli hüquqi şəxsdir. «Sığorta fəaliyyəti haqqında» qanunun 18-ci maddəsinə əsasən, xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxs sığortaçının təsisçisi və ya səhmdarı ola bilməz.

Qeyd edək ki, «AIG Caspian» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat olub. Şirkətin təsisçiləri rolunda «Caravan İnvestment» (51%) və ABŞ-ın «AIG İnc.» (49%) şirkətləri çıxış edib. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR