Bank Of Baku

Azərbaycan yeni pulköçürmə sisteminə qoşulacaq

Azərbaycan yeni pulköçürmə sisteminə qoşulacaq
# 05 noyabr 2010 13:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Azərpoçt» Dövlət Müəssisəsi MDB-də ilk dəfə olaraq Ümumdünya Poçt İttifaqının STEFFI beynəlxalq pul köçürmələri sistemi üzrə elektron pul baratlarının təcili mübadiləsi üzrə testlərə başlayıb. Bu testlər Ukrayna və Belarusla aparılır. Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt müşaviri Novruz Məmmədov bildirib.

N.Məmmədovun sözlərinə görə, Azərbaycan dekabrın 1-dən Ukrayna, ilin sonuna qədər isə Belarusla təcili elektron pul baratlarının göndərilməsinə başlaya biləcək. Bu sistemin əsas üstünlüyü, göndərişlərin ünvanına qısa müddətə çatdırılmasıdır. Ənənəvi göndərişlər zamanı göndərilən pul sahibinə 3 gün ərzində çatırdısa, indi insanlar bu vəsaiti göndəriləndən 3 saat sonra ala biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR