Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu aktivlərin 56%-ni dollarda saxlayır

Azərbaycan Dövlət Neft Fondu aktivlərin 56%-ni dollarda saxlayır
# 05 noyabr 2010 13:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunın 2010-cu il oktyabr ayının 1-nə olan investisiya portfelinin strukturunda 55,6% və ya 12 054 mln. dollarlıq hissə ABŞ dollarında ifadə olan alətlərdə yerləşdirilib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, aktivlərin 39,78%-i və ya 6 342,5 mln. avroluq hissə avroda, 4,62%-i və ya 632,93 mln. funt sterlinq həcmində olan hissə Britaniya funtu, 0,18%-i və ya 39,68 mln. manatlıq hissə isə manatla saxlanılır.

Maliyyə alətləri üzrə aktivlərin bölgüsünə gəldikdə isə, onların əsas hissəsi agentliklər və beynəlxalq təşkilatların istiqrazlarının payına düşür. Belə ki, həmin alətlərə aktivlərin 34,08%-i, maliyyə istiqrazlarına 19,55%-i, suveren borc kağızlarına 13,35%-i, korporativ istiqrazlara 12,65%-i, qısamüddətli kommersiya kağızlarına 7,92%-i, zəmanətli istiqrazlara 4,67%-i, bank hesablarına 4,08%-i, depozitlər və pul bazarı alətlərinə 3,54%-i, səhmlərə 0,1%-i, munisipal istiqrazlara 0,06%-i düşür.

ARDNF-in investisiya portfelindəki istiqrazların 43,59%-i AAA reytinqli, 21,74%-i AA reytinqli, 27,55%-i A reytinqli, 7,09%-i BBB reytinqli, 0,04%-i isə digər reytinqli emitentlərin qiymətli kağızlarının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR