Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri Özbəkistanın xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri ilə görüşüb
# 05 noyabr 2010 14:25 (UTC +04:00)
Daşkənd. Nicat Mustafayev – APA-Economics. Daşkənddə (Özbəkistan) səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanın baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Eliyor Qəniyevlə görüşüb.
«APA-Economics»in məlumatına görə, görüş zamanı Azərbaycan və Özbəkistan arasında mövcud iqtisadi əməkdaşlıq, onun inkişaf perspektivləri, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və digər məsələlərə dair müzakirələr aparılıb. Görüşdə qeyd olunub ki, Daşkənddə keçirilən Azərbaycanın ilk Milli Sərgisi tərəflər arasında əməkdaşlığın daha da inkişaf etməsinə təkan verəcək, qarşılıqlı investisiyaların həcmini artıracaq.
Qeyd edək ki, bu gün işə başlayan və noyabrın 8-dək davam edəcək Azərbaycanın Milli Sərgisi 4 550 kv. metr sahəni əhatə edir. Tədbirdə Azərbaycan tərəfindən dövlət rəsmiləri və 170-ə yaxın müəssisə və təşkilatın nümayəndələri iştirak edir. Sərgidə Azərbaycanın sosial-iqtisadi inkişafı, sənaye, yanacaq, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, aqrar, ekologiya, turizm, mədəniyyət, xalq sənətkarlığı, səhiyyə, təhsil, idman və digər sosial sahələrdə əldə edilmiş nailiyyətləri əks etdirən göstəricilər, eləcə də Azərbaycanda istehsal olunan 1 700-ə yaxın çeşiddə müxtəlif məhsullar nümayiş olunur. Azərbaycan mənşəli məhsulların Mərkəzi Asiya bazarına ixracının genişləndirilməsinin təşviq olunması məqsədilə tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.
Sərgi çərçivəsində həmçinin, bir sıra mədəni tədbirlərin keçiriləcək, iştirakçılara Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar, disk və digər təşviqat materialları paylanacaq.
Xatırladaq ki, Azərbaycanın Milli Sərgisi xarici ölkədə ilk dəfə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR