Bank Of Baku

Qızılın qiyməti yeni rekord səviyyəyə çatıb

Qızılın qiyməti yeni rekord səviyyəyə çatıb
# 06 noyabr 2010 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarətin yekunlarına görə qızılın 1 unsiyasının qiyməti 1 397,7 dollara çatıb ki, bu da əvvəlki günə nisbətən 1,9% çoxdur. “APA-Economics”in məlumatına görə, beləliklə qızılın qiymətində yeni tarixi maksimum qeydə alınıb.

Noyabrın 3-dən qızılın kəskin templə bahalaşması müşahidə olunur ki, bu da müəyyən dərəcədə makroiqtisadi qanunauyğunluğa ziddir. Belə ki, noyabrın 3-də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) iclası keçirilib və iclasda 600 mlrd. dollar həcmində istiqrazların açıq bazardan geri alınması barədə qərar qəbul edilib ki, bu da dərhal maliyyə bazarlarına müsbət təsir edib. Nəticədə ABŞ və Avropa fond indeksləri artmağa başlayıb.

Əvvəlki dövrlər göstərib ki, fond indeksləri və qızılın qiymətinin dinamikası əks istiqamətdə olur, lakin hazırda indekslərin yüksəlməsi ilə paralel olaraq, qızıl da bahalaşır. Bunun əsas səbəb kimi yalnız investorlar tərəfindən FES-in qərarından sonra inflyasiyanın artacağından ehtiyatlanmanı qeyd etmək olar ki, nəticədə buna görə investorlar vəsaitlərini qızıla yönəltməyə meyl göstərirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR