Bank Of Baku

Azərbaycan və Özbəkistan arasında ümumi ticarət dövriyyəsinin həcmi 22,62% artıb

Azərbaycan və Özbəkistan arasında ümumi ticarət dövriyyəsinin həcmi 22,62% artıb
# 06 noyabr 2010 10:38 (UTC +04:00)
ABŞ dolları təşkil edib ki, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə iki ölkə arasında olan ticarət mübadiləsinin həcminin 22,62% artması deməkdir. Bu barədə “APA-Economics”ə Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hesabat dövrü ərzində Azərbaycandan Özbəkistana ixrac olunan malların həcmi 10,95 mln. dollar, Özbəkistandan Azərbaycana idxal olunan malların həcmi isə 7,1 mln. dollar təşkil edib. Nəticədə 3,85 mln. dollarlıq müsbət saldo yaranıb.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixracın həcmi 2,21 dəfə artıb, idxalın həcmi isə 27,33% azalıb. İdxaldakı azalma təyyarə və digər uçan aparatların idxalındakı azalmanın hesabına olub, ixracda artım isə əsasən qazoyl yanacağının ixracının artması hesabına baş verib.

”Cari ilin ilk doqquz ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsində Özbəkistanın payı 0,09%, o cümlədən ixracda 0,07%, idxalda isə 0,16 təşkil edib”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, hazırda Azərbaycanda Özbəkistan investisiyalı 10 kommersiya hüquqi şəxs vergi ödəyicisi dövlət reyestrində qeydiyyata alınıb. Bunların sırasında “Özbəkistan Hava Yolları” milli aviaşirkətinin Azərbaycandakı nümayəndəliyi, “Dalğa”, “İxlos Sirius Servis”, UNİŞ, “Express Taxi” və s. var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR