Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi oktyabrın 1-nə 8 416,89 mln. manat (xüsusi çəkisi 68,15%), müxbir hesablar 818,62 mln. manat (6,63%), investisiyaların həcmi 957,53 mln. manat (7,75%), nağd vəsaitlər 469,19 mln. manat (3,80%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 541,98 mln. manat (4,39%), digər aktivlər isə 1 146,26 mln. manat (9,28%) təşkil edib.
Kommersiya banklarının passivlərinin 82,71%-i bankların öhdəliklərinin payına düşür. Beləliklə, bankların öhdəliklərinin həcmi 10 215,23 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 4 613,07 mln. manat depozitlər, 4 903,44 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 698,72 mln. manat digər öhdəliklərin payına düşür.
Bankların məcmu kapitalı isə 2010-cu ilin oktyabrın 1-nə 2 135,26 mln. manata bərabər olub.