Bank Of Baku

Azərbaycanda bank depozitləri son bir ildə 12% artıb

Azərbaycanda bank depozitləri son bir ildə 12% artıb
# 08 noyabr 2010 07:32 (UTC +04:00)
Eyni zamanda, cari ilin əvvəlindən bu göstərici 61 mln. manat və ya 1,3%, o cümlədən sentyabr ayında 125,8 mln. manat və ya 2,7% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, depozitlərin tərkibində ev təsərrüfatlarının depozitləri (əhalinin əmanətləri) 2 798,3 mln. manat, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 1 916,8 mln. manata bərabərdir. Beləliklə, depozitlərin strukturunda fiziki şəxslərin əmanətlərinin xüsusi çəkisi 59,4% olub.

Qeyd edək ki, fiziki və hüquqi şəxslərin depozitləri üzrə dinamika fərqlidir. Belə ki, ev təsərrüfatları üzrə depozitlərin illik artım tempi 32% təşkil etdiyi halda, qeyri-maliyyə təşkilatlarının depozitləri il ərzində 8,7% azalıb. Eyni zamanda, sentyabrda fiziki şəxslərin əmanətləri cəmi 77,5 mln. manat və ya 2,9%, hüquqi şəxslərin depozitləri isə 48,2 mln. manat və ya 2,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR