Bank Of Baku

Azərbaycan Maliyyə Monitorinqi Xidməti USAID-in «Uğur Sertifikatı»na layiq görülüb

Azərbaycan Maliyyə Monitorinqi Xidməti USAID-in «Uğur Sertifikatı»na layiq görülüb
# 08 noyabr 2010 07:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkə üzrə əlaqələndiricisi Kiif Simmonsun və İqtisadi İnkişaf Ofisinin rəhbəri Şila Yanqın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində (MMX) olub.

MMX-dən «APA-Economics»ə verilən məlumata görə, MMX-nin rəhbərliyi və əməkdaşları ilə əməkdaşlığın nəticələrini müzakirə edən K.Simmons Xidmətin kollektivinə «Uğur Sertifikatı» təqdim edib. USAID nümaynədəsi bildirib ki, xidmət bu mükafata pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində effektiv təlim proqramlarını həyata keçirdiyinə, beynəlxalq standartların tətbiqində qazandığı nailiyyətlərə görə layiq görülüb.

MMX-nin direktoru Adışirin Qasımov bildirib ki, Azərbaycanda pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri ardıcıl xarakter daşıyır. Azərbaycan dövləti bu sahənin inkişafını ölkədə şəffaflığın artırılması, sabitliyin davamlı olaraq təmin edilməsi və təhlükəsizliyin gücləndirilməsinin vacib şərtlərindən biri kimi qəbul edir.

Xidmət rəhbərinin sözlərinə görə, indi ölkədə pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq standartlara uyğun milli qanunvericilik bazası formalaşdırılır. Azərbaycan bu sahədə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla effektiv əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR