Bank Of Baku

«Bank Respublika» son bir ildə nizamnamə kapitalını 23% artırıb

«Bank Respublika» son bir ildə nizamnamə kapitalını 23% artırıb
# 08 noyabr 2010 07:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 279,067 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstəricidən 23,4% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 19% azalaraq 122,038 mln. manat, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 7% azalaraq 97,333 mln. manat, kredit portfeli isə 31% azalaraq 167,229 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 6,4% azalaraq 51,948 mln. manat, o cümlədən nizamnamə kapitalı 23% artaraq 37,459 mln. manat olub.

Qeyd edək ki, bu müddət ərzində bankın gəlirləri 52% azalaraq 26,481 mln. manat, xərcləri isə 42% azalaraq 27,257 mln. manat təşkil edib. Nəticədə, cari ilin yanvar-sentyabr aylarında bankın zərəri 776 min manat olub. Ötən ilin 9 ayını isə bank 8,003 mln. manat mənfəətlə başa vurub.

Bundan başqa, bu dövr ərzində bankın cəmi müştərilərinin sayı 8,9% azalaraq 71 931, o cümlədən fiziki şəxslərin sayı 10% azalaraq 67 760, hüquqi şəxslərin sayı isə 13% artaraq 4 171 olub. Eyni zamanda, bankın işçilərinin sayı 5,3% artaraq cari ilin oktyabr ayının 1-nə 501 nəfər təşkil edib.

Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalında «25%+1 səhm» paketinə sahib olan Almaniyanın «DEG İnvestisiya Şirkəti» və «Sparkassen International Development Trust» şirkəti var. Cari ilin oktyabr ayının 1-nə bankın 33 filialı, 44 bankomatı və 259 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR