Bank Of Baku

Azərbaycanda poçt şöbələri də əmanət qəbul edəcək

Azərbaycanda poçt şöbələri də əmanət qəbul edəcək
# 08 noyabr 2010 09:40 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt müşaviri Novruz Məmmədov bildirib.

N.Məmmədovun sözlərinə görə, Azərbaycanda həyata keçirilən «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində hazırda «Azərpoçt» Dövlət Müəssisəsi 5 növ maliyyə xidməti göstərir. Qanunvericilikdə nəzərdə tutulan daha iki xidmət növünə – depozitlərin qəbulu və kredit kartlarının buraxılmasına isə 2011-ci ildən başlanması nəzərdə tutulur.

N.Məmmədov bildirib ki, poçt şöbələrinin kredit kartları buraxması əmanətlərin qəbulu ilə əlaqəli olacaq: «Əhalidən depozitlər qəbul olunduqca həmin depozitlər hesabına kiçik məbləğli vəsaitlərdə kredit kartlarının buraxılması mümkün olacaq. Yəni əhalidən qəbul edilən vəsaitlərin həcminə uyğun olaraq onların bir hissəsi kredit kartlarının buraxılmasına yönəldilə bilər». Hələliksə, poçt müşavirinin sözlərinə görə, müəssisə daha az risqli xidmətlər təklif etməklə bu sahədə təcrübəni artırmağa üstünlük verir.

Xatırladaq ki, layihəyə əsasən, poçt şöbələrində 7 növ maliyyə xidmətinin göstərilməsi nəzərdə tutulub. Hələlik bu xidmətlərdən 5-i göstərilir. Bu, pul köçürmələri, bank hesablarının açılıb idarə olunması, valyuta mübadiləsi, debet kartlarının buraxılması, müxbir hesablarının açılması və fəaliyyəti və nağd pul və qiymətli əşyaların inkassasiyasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR