Bank Of Baku

«Bank VTB Azerbaijan»ın aktivləri son bir ildə 70% artıb

«Bank VTB Azerbaijan»ın aktivləri son bir ildə 70% artıb
# 08 noyabr 2010 11:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «VTB Group»una daxil olan «Bank VTB Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 27,832 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 70% çoxdur.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 4,6 dəfə genişlənərək 1,931 mln. manat, o cümlədən əhalinin əmanətləri 7,8 dəfə artaraq 1,548 mln. manat, kredit portfeli 4,6 dəfə artaraq 13,387 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 19 dəfə artaraq 1,390 mln. manat olub.

Eyni zamanda, bankın məcmu kapitalı 2 dəfə artaraq 22,187 mln. manata, o cümlədən nizamnamə kapitalı 3 dəfə artaraq 23,815 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 45% artaraq 2,375 mln. manat, xərcləri isə 2,6 dəfə artaraq 4,984 mln. manat olub. Nəticədə, son bir ildə bankın zərəri 10,2 dəfə artaraq 2,609 mln. manata çatıb.

Bu müddət ərzində bankın müştərilərinin sayı 5,4 dəfə artaraq 621, o cümlədən fiziki şəxslərin sayı 7,1 dəfə artaraq 503, hüquqi şəxslərin sayı isə 2,6 dəfə artaraq 118 olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azerbaijan» ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR