Bank Of Baku

Azərbaycanın xaricdəki səfirliklərində büdcə vəsaitlərinin xərclənməsi araşdırılıb

Azərbaycanın xaricdəki səfirliklərində büdcə vəsaitlərinin xərclənməsi araşdırılıb
# 08 noyabr 2010 12:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın Türkiyə və İtaliyadakı səfirliklərinin saxlanması üçün vəsaitlərin xərclənməsi Hesablama Palatasının kollegiya iclasında müzakirə edilib.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, iclasda həmçinin dövlət büdcəsinin Şəki şəhəri üzrə yerli xərclərinin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan dövlət vəsaitlərinin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi, dövlət rüsumlarının hesablanması və ödənilməsinin auditi üzrə hesabat və rəylər geniş müzakirə olunaraq təsdiq edilib.

Bundan başqa, iclasda «Azəristiliktəchizat» ASC-yə istilik təchizatı obyektlərində istilik sistemlərinin tikintisi və yenidən qurulmasına ayrılan vəsaitlərin istifadəsi və dövlət büdcəsindən Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı audit proqramları müzakirə olunaraq qəbul edilib.

Toplantıda Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il üçün gəlir və xərclərinin proqnozlaşdırılması və icrası, əlil və şəhid ailələri üçün tikilmiş yaşayış binalarında mənzillərin bölüşdürülməsi vəziyyəti və ahıl və əlil vətəndaşlara göstərilən sosial xidmətin təşkili vəziyyəti ilə bağlı məsələlər də araşdırılıb. Buna həsr olunmuş analitik təhlil proqramları müzakirə olunub və qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR