Bank Of Baku

Azərbaycan bank sistemi üzrə məcmu mənfəət kəskin azalıb

Azərbaycan bank sistemi üzrə məcmu mənfəət kəskin azalıb
# 08 noyabr 2010 12:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2010-cu ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi vergi ödənilənədək mənfəətin həcmi 108,47 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu göstərici 130,79 mln. manat və ya 2,2 dəfə azalıb.

Yanvar-sentyabr aylarının yekunlarına görə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (133,35 mln. manat) nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 241,82 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 68,87 mln. manat və ya 24,7% azdır. Qeyd edək ki, ötən ilin 9 ayı ilə müqayisədə aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar 1,6 dəfə artıb.

Hesabat dövründə bankların faiz gəlirləri 778,76 mln. manat, faiz xərcləri 408,31 mln. manat, xalis faiz mənfəəti 370,45 mln. manat təşkil edib. Eyni zamanda bankların qeyri-faiz gəlirləri 190,22 mln. manat, qeyri-faiz xərcləri isə 318,89 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 128,67 mln. manat həcmində zərər yaranıb. Beləliklə, faiz əməliyyatlarından əldə edilmiş mənfəətin 34,7%-i banklar tərəfindən qeyri-faiz xərclərinin ödənilməsinə yönəldilib.

Ötən ilin 9 ayı ilə müqayisədə faiz mənfəəti 14,5% azalıb, qeyri-faiz zərəri isə 15,3% artıb. O cümlədən, faiz gəlirlərinin cəmi 0,8% artdığı halda, faiz xərcləri 20,3% artıb. Qeyri-faiz əməliyyatlarda isə gəlir və xərclər üzrə artım templəri müvafiq olaraq 0,5% və 5,4% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR