Bank Of Baku

Çin və Almaniya ABŞ Federal Ehtiyatlar Sisteminin yeni planını tənqid edib

Çin və Almaniya ABŞ Federal Ehtiyatlar Sisteminin yeni planını tənqid edib
# 08 noyabr 2010 13:10 (UTC +04:00)
Bakı - APA-Economics. Çin hökuməti ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iqtisadiyyatın stimullaşdırılmasına yönəldilmiş yeni tədbirlər planından narazı qaldığını bəyan edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Çin maliyyə nazirinin müavini Çju Quanyao açıqlama verib.

Nazir müavini bildirib ki, FES-in 600 mlrd. dollar dəyərində uzunmüddətli dövlət istiqrazlarını almaq qərarı spekulyativ kapitalın növbəti axınına gətirib çıxaracaq ki, bu da öz növbəsində dünya bazarları üçün şok olacaq.

“ABŞ dünyanın əsas valyuta ehtiyatının emitenti olaraq öz məsuliyyətini, dünya iqtisadiyyatındakı rolunu başa düşməli və bu qərarın inkişaf etməkdə olan bazarlara təsir edəcəyini nəzərə almalıdır” - deyə Çju Quanyao qeyd edib.

Öz növbəsində Almaniyanın maliyyə naziri Volfhanq Şoyble də FES-in qərarını tənqid edib. onun fikrincə, bu cür qərarlar digər ölkələr üçün problemlər yaradacaq: “Hesab etmirəm ki, amerikalılar belə tədbirlərlə öz problemlərini həll edəcəklər. bundan başqa, onlar dünyanın digər hissəsi üçün əlavə problemlər yaradacaqlar”.

Qeyd edək ki, həm Çin, həm də Almaniya məsələni “Böyük 20-liy”in növbəti sammitinin müzakirəsinə çıxarmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR