Bank Of Baku

«Nikoil Leasing» şirkətinin mənfəəti son bir ildə 11% artıb

«Nikoil Leasing» şirkətinin mənfəəti son bir ildə 11% artıb
# 08 noyabr 2010 13:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2010-cu il noyabr ayının 1-nə 4,820 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,5% çoxdur.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin lizinq müqavilələrinin sayı (11), nizamnamə kapitalının həcmi (100 min manat) və lizinqə verilən avadanlıqların dəyəri (9,802 mln. manat) sabit qalıb.

Həmçinin, bu müddət ərzində şirkətin əldə etdiyi mənfəətin həcmi 11% artaraq 40,122 min manat təşkil edib.

M.Turabovun sözlərinə görə, lizinq portfelinin əsasını istehsalat avadanlıqları, tikinti texnikası və nəqliyyat sektoru təşkil edir.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirilməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR