Bank Of Baku

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi oktyabrda artıb

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi oktyabrda artıb
# 10 noyabr 2010 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2010-cu il oktyabr ayında 6,420 mlrd. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin sentyabr ayı ilə müqayisədə bu göstərici 449 mln. manat və ya 7,5% artıb.

Qeyd edək ki, ödənişlərin sayında artım-azalma baş verməyib. Belə ki, 2010-cu il sentyabr ayında 29 min ödəniş aparılmışdısa, oktyabr ayında da bu göstərici 29 minə bərabər olub.

Ümumilikdə oktyabr ayında ödənişlərin həcmində irəliləmə müşahidə olunub ki, sentyabr ayı ərzində bir ödənişin ortalama həcmi 205,9 min manata bərabər olduğu halda, oktyabrda bu göstərici 7,5% artaraq 221,4 min manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR