Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı depozit portfelini 30% genişləndirib

Azərbaycan Beynəlxalq Bankı depozit portfelini 30% genişləndirib
# 10 noyabr 2010 07:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 5 095,392 mln. manat təşkil edib ki, bu da 2009-cu il oktyabr ayının 1-i ilə müqayisədə 7,1% çoxdur.

ABB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 29,3% genişlənərək 2 514,575 mln. manata, o cümlədən əhalinin əmanətləri 5,9% azalaraq 478,259 mln. manat, kredit portfeli 9,7% artaraq 3 946,145 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 8,9% artaraq 376,796 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 11% artaraq 498,598 mln. manat, o cümlədən nizamnamə kapitalı 20% artaraq 240 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 6,8% azalaraq 280,152 mln. manat, xərcləri isə 5,8% artaraq 184,869 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 24% azalaraq 95,283 mln. manat təşkil edib.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın 37 filialı, 600 bankomatı, 2 882 POS- terminalı, 1 211 işçisi və 986 979 müştərisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR