Bank Of Baku

«Qafqaz Leasing» nizamnamə kapitalını artırır

«Qafqaz Leasing» nizamnamə kapitalını artırır
# 10 noyabr 2010 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qafqaz Leasing» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 408 ədəd, emissiyanın ümumi həcmi isə 408 min manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Qafqaz Leasing»in artıq yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 16,8% artaraq 2,828 mln. manata çatacaq.

Xatırladaq ki, «Qafqaz Leasing» şirkəti 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2,420 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR