Bank Of Baku

Azərbaycan mütəxəssisləri qiymətli kağızlar bazarı ilə bağlı Seulda keçirilən treninqdə iştirak ediblər

Azərbaycan mütəxəssisləri qiymətli kağızlar bazarı ilə bağlı Seulda keçirilən treninqdə iştirak ediblər
# 10 noyabr 2010 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Milli Depozit Mərkəzinin (MDM) nümayəndələri Seulda (Cənubi Koreya) «Qiymətli kağızlar bazarının inkişafı» mövzusunda keçirilmiş treninq proqramında iştirak edib.

MDM-dən «APA-Economics»ə verilən məlumata görə, proqram Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Koreya Qiymətli Kağızlar Depozitarı tərəfindən hazırlanıb və həyata keçirilib. Treninq Cənubi Koreya qiymətli kağızlar bazarının inkişafı, strukturu, funksiyaları, bu sahədəki qanunvericilik, digər əlaqədar təşkilatlarla tanışlıq və s. əhatə edib.

Qeyd edək ki, 16 gün davam edən treninqin sonunda iştirakçıların hər birinə sertifikatlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR