Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 22% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 22% artıb
# 01 sentyabr 2011 13:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 141 ölkəsi ilə 20 646,326 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıblar. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrünə nisbətən ticarət dövriyyəsi 32,87% artıb. Hesabat dövründə xarici ticarət əməliyyatları üzrə 10 342,6 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21,7% artıqdır.

Bu dövrdə ölkəyə ümumi həcmi 4 141,864 mln. dollar olan 5 501 adda mal idxal edilib, ölkədən isə ümumi həcmi 15 484,463 mln. dollar olan 1 667 adda mal ixrac edilib. Keçən ilin eyni dövrü ilə müqayisədə idxal 46,59%, ixrac 28,95% artıb.

Yanvar-iyul aylarında xarici iqtisadi fəaliyyətlə 5 903 şəxs məşğul olub. Bunlardan 2 768-i fiziki şəxs, 3135 hüquqi şəxsdir. Hüquqi şəxslərin 236-ı dövlət, 2 899-u qeyri-dövlət sektorunda məşğuldur.

Komitənin məlumatına görə, ölkədən ixracın 95,46%-i dövlət sektoru, 3,96%-i özəl sektorun və cəmi 0,58%-i fiziki şəxslərin payına düşür. İdxalın strukturunda isə bu göstəricilər müvafiq olaraq 59,37%, 35,87% və 4,76% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR