Bank Of Baku

Azərbaycan Vaşinqtonda keçirilən beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan Vaşinqtonda keçirilən beynəlxalq tədbirdə iştirak edəcək
# 01 sentyabr 2011 14:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) oktyabr ayının sonunda Vaşinqtonda (ABŞ) keçiriləcək Mikromaliyyə Assosiasiyalarının Qlobal Sammitinə dəvət olunub. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, oktyabrın 24-də başlayacaq və bir həftə davam edəcək sammitdə müştərilərin maraqlarının mühafizəsi, həmçinin müştərilərin artıq borclanması və mikromaliyyə sahəsində digər mövzular müzakirə ediləcək.

Qeyd edək ki, sammitdə Azərbaycanı AMA-nın icraçı direktoru J.Hacıyeva təmsil edəcək.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR