Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi kəskin artıb

Bakı Fond Birjasının dövriyyəsi kəskin artıb
# 02 sentyabr 2011 12:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 5,286 mlrd. manat təşkil edib. Bu isə 2010-cu ilin analoji dövrünə nisbətən 4,5 dəfə çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 35,9% artıb. Korporativ istiqrazların ilkin bazarında 59 əqd üzrə 94,890 mln. manatlıq yerləşdirmə qeydə alınıb, istiqrazların təkrar bazarında isə 59 əqd üzrə 212,865 mln. manatlıq əqd bağlanılıb ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə istiqrazların ilkin bazarı 49,2%, təkrar bazarı isə 90% artıb. Ümumiyyətlə, korporativ istiqrazlar bazarı ilin ilk 8 ayı ərzində 75,2% genişlənib.

Səhm bazarına gəldikdə isə, hesabat dövründə bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 81,340 mln. manat təşkil edib və 2010-cu ilin yanvar-avqust aylarına nisbətən 26,5% azalıb. Səhmlərin ilkin bazarı 28,3% azalıb, təkrar bazarı isə 12,3% artıb.

Korporativ qiymətli kağızlar bazarı
(yanvar-avqust, 2011)

Bazarın seqmentləri

Yanvar-avqust, 2011

Yanvar-avqust, 2010

Dinamika

Əqdlərin həcmi, AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar (yerləşdirmə)

94 889 971,50

59

63 580 402,10

76

49,2%

Korporativ istiqrazlar (təkrar bazar)

212 864 952,01

59

112 099 779,29

73

90%

KI bazarı cəmi

307 754 923,51

118

175 680 181,39

149

75,2%

Səhmlər (yerləşdirmə)

75 868 402,58

109

105 847 030,96

942

-28,3%

Səhmlər (təkrar bazar)

5 470 910,24

2 471

4 871 319,96

1 400

12,3%

Səhm bazarı cəmi

81 339 312,82

2 580

110 718 350,92

2 342

-26,5%

KQK bazarı cəmi

389 094 236,33

2 698

286 398 532,31

2 491

35,9%




Bundan başqa, cari ilin yanvar-avqust aylarında birjada dövlət istiqrazları (Dİ) bazarında da artım müşahidə olunub. Belə ki, hesabat dövründə dövlət istiqrazları bazarının həcmi 5% artıb, o cümlədən istiqrazların ilkin bazarının həcmi 39,5% artıb, təkrar bazarın həcmi isə 54,5% azalıb. Ümumiyyətlə, yanvar-avqust aylarında dövlət qiymətli kağızlar (DQK) bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 dəfə artıb.


Dövlət qiymətli kağızları bazarı
(yanvar-avqust, 2011)


Bazarın seqmentləri

Yanvar-avqust, 2011

Yanvar-avqust, 2010

Dinamika

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi,
AZN

Əqdlərin
sayı

Dİ (AMN)  (yerləşdirmə)

196 760 768,77

109

141 016 523,06

59

39,5%

Dİ (AMN) 
(təkrar bazar)

37 363 495,54

38

82 132 035,24

42

-54,5%

Dİ bazarı cəmi

234 124 264,31

147

223 148 558,30

101

5%

Notlar (AMB) (yerləşdirmə)

527 072 784,43

202

137 466 475,80

117

3,8 dəfə

Notlar (AMB)
(təkrar bazar)

9 555 687,77

5

5 564 936,87

2

71,7%

Not bazarı cəmi

536 628 472,20

207

143 031 412,67

119

3,7 dəfə

Repo əməliyyatları

4 126 502 225,73

871

524 290 763,14

512

7,9 dəfə

DQK bazarı cəmi

4 897 254 962,24

1 225

890 470 734,11

732

5,5 dəfə



Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR