Bank Of Baku

«Qala Həyat» sığorta şirkəti ilk ödənişi edib

«Qala Həyat» sığorta şirkəti ilk ödənişi edib
# 02 sentyabr 2011 12:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Qala Həyat» sığorta şirkəti «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə ilk ödənişi həyata keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, tikinti şirkətlərinin birinin əməkdaşı həlak olub və bu hadisə üzrə «Qala Həyat» 12 484 manat məbləğində bir dəfəlik ödəniş həyata keçirib.

Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Ötən il noyabrın 30-da şirkətin adı «Qala Həyat» sığorta şirkətinə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Şirkət 5 könüllü (həyat sığortası) və 5 icbari sığorta növləri üzrə xidmət göstərir. Bu günə kimi şirkət tərəfindən bağlanılan müqavilələrin məcmu həcmi 4,3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR