Bank Of Baku

KfW-nin şöbə müdiri Azərbaycana gələcək

KfW-nin şöbə müdiri Azərbaycana gələcək
# 02 sentyabr 2011 12:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 25-də Almaniya İnkişaf Bankının (KfW) Azərbaycanda layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri Mixael Merşel Bakıya səfər edəcək. Bu barədə «APA-Economics»ə KfW-nın Bakı ofisindən məlumat verilib.

«Sentyabrın 30-dək davam edəcək səfərin məqsədi hazırda ölkədə icra olunan layihələrin gedişi ilə tanış olmaqdır. Səfər çərçivəsində M.Merşel Azərbaycan Mərkəzi Bankı, Əmanətlərin Sığortalanması Fondu və bir sıra digər tərəfdaşlarla görüşlər keçirəcək», - deyə ofisdən bildirilib.

Qeyd edək ki, Azərbaycan 1994-cü ildən KfW Bankı ilə əməkdaşlıq edir. Bankın Azərbaycandakı fəaliyyətinin strateji istiqamətlərinə enerji, su və digər növ infrastrukturunun bərpası, maliyyə və bank sektorunun inkişafının dəstəklənməsi, özəl sektor, səhiyyə, ətraf mühit və sair layihələr daxildir. Hazırda KfW «Azərbaycan» İstilik Elektrik Stansiyası (İES)-İmişli (AzİES-İmişli) elektrik verilişi xəttinin (EVX) tikintisi, Kredit Zəmanət Fondunun yaradılması, «Kadastr və daşınmaz əmlakın reyestri» layihəsini və s. icra edir. Bankın Azərbaycan üzrə kredit portfeli 412 mln. avro təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR