Bank Of Baku

«Alfa Sığorta»nın Direktorlar Şurasına yeni sədr təyin olunub

«Alfa Sığorta»nın Direktorlar Şurasına yeni sədr təyin olunub
# 02 sentyabr 2011 13:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkətinin Direktorlar Şurasına yeni sədr təyin edilib. Bu barədə «APA-Economics»ə şirkətin İdarə Heyətinin üzvü Ramin Məmmədov məlumat verib.

R.Məmmədovun sözlərinə görə, şirkətin Direktorlar Şurasının sədri vəzifəsinə «Texnikabank» ASC-nin «Xəzər» filialının müdiri Anar Həmzəyev təyin olunub.

Qeyd edək ki, A.Həmzəyevdən əvvəl bu vəzifəni Xəyal Məmmədxanlı icra edib. Hazırda X.Məmmədxanlı fəaliyyətini təsisçisi olduğu «Consultant» sığorta tədris və konsaltinq mərkəzində davam etdirir.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin cari ilin yanvar-may aylarında topladığı sığorta haqlarının həcmi 1,547 mln. manat, sığorta ödənişləri isə 0,146 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR