Bank Of Baku

SECO Azərbaycana 3,5 mln. dollar vəsait ayıracaq

SECO Azərbaycana 3,5 mln. dollar vəsait ayıracaq
# 03 sentyabr 2011 08:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycana 3,5 mln. ABŞ dolları məbləğində vəsait ayıracaq.

SECO-nun Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən vəsait Azərbaycanda 3 layihənin icrasına yönəldiləcək. Bunlar «Azərpoçt» MMC-yə texniki dəstəyin göstərilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) kapital bazarının müasirləşdirilməsi və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi, Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və QKDK ilə birgə icra olunan layihələrdir: «Nəticədə ilk layihəyə 600 min dollar, digər iki layihəyə isə müvafiq olaraq 1,6 mln. dollar və 1,3 mln. dollar maliyyə vəsaiti ayrılacaq. SECO rəhbərliyi artıq hər 3 layihəni təsdiq edib».

SECO-nun Bakı ofisindən həmçinin bildirilib ki, bütün layihələr 5 il müddətinə nəzərdə tutulub və Dünya Bankı ilə birgə həyata keçirilir.

Qeyd edək ki, 2001-ci ildən etibarən Azərbaycanla əməkdaşlıq edən SECO ölkədə bir sıra sahələrin inkişafı üçün 40 mln. dollardan artıq maliyyə vəsaiti ayırıb. Hər il İsveçrə Azərbaycana müxtəlif sahələrin inkişafı üçün 6 mln. dollar məbləğində əvəzsiz yardım göstərir. Həmin sahələrə korporativ idarəetmə, lizinq, ilkin ipoteka, dövlət qiymətli kağızlar bazarı, intellektual mülkiyyət hüquqları və su təchizatı daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR