Bank Of Baku

«Atrabank» son bir ildə aktivlərini 57% artırıb

«Atrabank» son bir ildə aktivlərini 57% artırıb
# 05 sentyabr 2011 07:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» ASC-nin aktivlərinin həcmi 2011-ci il iyul ayının 1-nə 56,012 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstərici ilə müqayisədə 57% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli təxminən 2 dəfə artaraq 13,190 mln. manat, kredit portfeli 75% artaraq 42,954 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 3,9% artaraq 11,326 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,425 mln. manat təşkil edib.

Təhlil aparılan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,7% artaraq 5 733-ə, aktiv plastik kartlarının sayı 14% artaraq 931-ə, işçilərin sayı 34% artaraq 212-yə, orta yalıq əmək haqqı isə 11% azalaraq 395 manata çatıb.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 13 filialı, 13 bankomatı və 31 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR