Bank Of Baku

Azərbaycanda korporativ qiymətli kağızlar bazarı son bir ildə 50% artıb

Azərbaycanda korporativ qiymətli kağızlar bazarı son bir ildə 50% artıb
# 07 sentyabr 2011 12:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısı ərzində Azərbaycanın fond bazarında korporativ qiymətli kağızlar bazarında artım dinamikası davam edib və ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 50% artaraq 331,5 mln. manat təşkil edib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, korporativ qiymətli kağızlar bazarının 24,3%-ni səhmlər, 75,7%-ni isə korporativ istiqrazlar təşkil edib.

«Bu seqmentdə canlanma xüsusən korporativ borc bazarı alətlərinin həcmindəki artım hesabına baş verib. Belə ki, dövr ərzində korporativ istiqrazların ilkin və təkrar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 250,8 mln. manat təşkil edib. Ötən ilin nəticələrinə görə, xarici valyutada nominasiya olunmuş istiqrazların ilkin və təkrar bazarının artım dinamikası cari ilin 6 ayı ərzində də davam edib. Hesabat dövründə həmçinin yerli bazar üçün yeni alət olan konvertasiya hüququna malik istiqrazlar dövriyyəyə buraxılıb», - deyə Komitədən bildirilib.

Bundan başqa, yanvar-iyun ayları ərzində Azərbaycan İpoteka Fondunun istiqrazlarının buraxılışı davam edib. Belə ki, hesabat dövründə 41,3 mln. manatlıq ipoteka istiqrazları yerləşdirilib.

«Hesabat dövründə səhm bazarının dərinliyi artmaqda davam edib. Belə ki, səhm bazarının ümumi həcmi 80,6 mln. manat olub ki, bunun da 74%-i ilkin bazarın, 26%-i isə təkrar bazarın payına düşüb. Səhm buraxılışının 92,6%-i maliyyə sahəsində fəaliyyət göstərən təşkilatlar, xüsusilə də bank və sığorta şirkətləri tərəfindən həyata keçirilib. Cari ilin 6 ayı ərzində səhmlərin ilkin bazarının nisbətən azalmasına baxmayaraq, təkrar bazarda canlanma müşahidə olunub və səhmlərin mütəşəkkil bazardakı təkrar ticarəti 32,5% artım nümayiş etdirib», - deyə QKDK-dan bildirilib.

Korporativ qiymətli kağızlar

Qiymətli kağızların növləri

Yanvar-iyun, 2011

Yanvar-iyun, 2010

Dinamika
(%)

Əqdlərin sayı

Məbləğ (manatla)

Əqdlərin sayı

Məbləğ (manatla)

Korporativ qiymətli kağızlar

2 082

331 533 649

2 141

222 428 104

50

Səhmlər

1 981

80 657 831

2 031

110 784 596

-27,2

Səhm (ilkin bazar – BFB)

81

53 549 232

898

61 861 887

-13,4

Səhm (ilkin bazar – qapalı yerləşdirmə)

3

6 499 379

18

31 866 406

-79,6

Səhm (təkrar bazar - BFB)

1 624

4 455 274

1 010

3 362 363

32,5

Səhm (təkrar bazar- birjadankənar)

273

16 153 946

105

13 693 940

18

Korporativ istiqrazlar

101

250 875 819

110

111 643 508

2,2 dəfə

Korporativ istiqrazlar, AZN (ilkin bazarda yerləşdirmə)

46

52 263 084

62

46 340 064

12,8

Korporativ istiqrazlar, AZN (qapalı yerləşdirmə)

3

2 100 000

0

0

-

Korporativ istiqrazlar, USD (ilkin bazarda yerləşdirmə)

2

19 817 500

0

0

-

Korporativ istiqrazlar, AZN (təkrar bazar - BFB)

47

175 564 276

42

65 239 170

2,7 dəfə

Korporativ istiqrazlar, AZN (təkrar bazar-birjadankənar)

1

6 000

0

0

-

Korporativ istiqrazlar, USD (təkrar bazar - BFB)

0

0

6

64 273

-

Korporativ istiqrazlar, EUR (tərar bazar - BFB)

2

1 124 959

0

0

-

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR