Bank Of Baku

AİB Asiya və Sakit Okean regionunun nəqliyyat sektorundakı əməliyyatlarının davamlılığını gücləndirəcək

AİB Asiya və Sakit Okean regionunun nəqliyyat sektorundakı əməliyyatlarının davamlılığını gücləndirəcək
# 08 sentyabr 2011 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) 2011-2020-ci illər üçün Asiya və Sakit Okean regionunun yol sektorunda davamlı yanaşma tətbiq etməyi və şəhər nəqliyyatı ilə dəmir yolları sektorunu inkişaf etdirməyi planlaşdırır.
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsəd AİB-in geniş ictimaiyyət üçün açıqladığı Davamlı Nəqliyyat Təşəbbüsü (DNT) üzrə Əməliyyat Planında hədəf olaraq qoyulub. DNT Asiya və Sakit Okean ölkələrində təhlükəsiz, ekoloji cəhətdən təmiz, əlverişli nəqliyyat sisteminin yaradılmasını dəstəkləyir.
Yollar üçün ayrılan kreditlər tədricən davamlılığın təkmilləşdirilməsi üçün vacib olan məsələlər üzərində cəmləşəcək. Əhəmiyyətli dəyişikliklərdən biri də o olacaq ki, 2020-ci ilə qədər yollar üçün ayrılan kreditlər aparılan əməliyyatların geniş hissəsi kimi qalsa da, digər nəqliyyat sektorları üçün daha çox vəsait ayrılacaq. DNT-yə uyğun olaraq, AİB hər il Asiya və Sakit Okean regionunda nəqliyyat sektoruna 3-4 mlrd. ABŞ dolları həcmində sərmayə yatıracaq.
Davamlı nəqliyyat sektoruna geniş dəstək vermək üçün AİB 4 istiqamət müəyyən edib ki, bura şəhər nəqliyyatı, nəqliyyat sektorunda ətraf mühitin qorunması, transsərhəd nəqliyyat və logistika məsələləri, yol təhlükəsizliyi və sosial davamlılıq sahələri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR