Bank Of Baku

Gələn ay «Expressbank»ın səhmdarlarının iclası keçiriləcək

Gələn ay «Expressbank»ın səhmdarlarının iclası keçiriləcək
# 08 sentyabr 2011 11:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il oktyabr ayının 10-da Azərbaycanın «Expressbank» ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib.

E.Məmmədovun sözlərinə görə, iclasda səhmdarlar tərəfindən bankın Audit Komitəsinə yeni sədrin seçilməsi məsələsini müzakirə edəcəklər: «Həmçinin, iclasda komitəyə əlavə üzvlərin seçilməsi məsələsi barədə də fikir mübadiləsi aparılacaq».

Xatırladaq ki, «Expressbank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i yerli hüquqi şəxslərə məxsusdur. Cari il iyul ayının 1-nə bankın aktivləri 141,543 mln. manat, kredit portfeli 52,913 mln. manat, depozit portfeli 69,301 mln. manat, məcmu kapitalı 62,553 mln. manat, o cümlədən nizamnamə kapitalı 51 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 10 filialı, 42 bankomatı və 17 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR