Bank Of Baku

Azərbaycan və Rusiyanın Həştərxan vilayəti arasında iqtisadi əlaqələr gücləndirilir

Azərbaycan və Rusiyanın Həştərxan vilayəti arasında iqtisadi əlaqələr gücləndirilir
# 08 sentyabr 2011 13:22 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib.

Onun sözlərinə görə, Azərbaycan həm Rusiya üçün, həm də region səviyyəsində vacib strateji tərəfdaşdır. O bildirib ki, Azərbaycanla Həştərxan vilayəti arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, tərəflər neft hasilatı sahəsində sıx iş aparır, bundan başqa meyvə-tərəvəz sahəsində də əməkdaşlıq əlaqələri qurulub. A.Jilkin qeyd edib ki, Azərbaycana Həştərxan vilayətindən biznesin inkişafı və genişləndirilməsi üçün meydança kimi istifadə edilməsi təklif olunub.

Ötən il ərzində Azərbaycanla Həştərxan vilayəti arasında ticarət dövriyyəsi 12 mln. dollar təşkil edib. Bu il üçün həmin göstəricinin 30 mln. dollara çatdırılması planlaşdırılır. A.Jilkin bildirib ki, Azərbaycandan müxtəlif avadanlıq, meyvə-tərəvəz məhsulları, duz və digər mallar idxal olunur.

Həmçinin o bəyan edib ki, rəsmi Bakıya iki şəhər arasında bərə əlaqələrinin bərpası istiqamətində danışıqların intensivləşdirməsi təklif olunub. Qeyd edək ki, hazırda bu sahədə danışıqlar gedir və hər iki tərəf bunda maraqlı olduğunu bildirib. Bundan başqa, Azərbaycana lokomotiv parkının təmiri işlərinin Həştərxanın müvafiq zavodunda aparılması təklif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR