Bank Of Baku

«Paşa Həyat Sığorta» şirkəti banklara yeni sığorta məhsulunu təqdim edib

«Paşa Həyat Sığorta» şirkəti banklara yeni sığorta məhsulunu təqdim edib
# 08 sentyabr 2011 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Həyat Sığorta» şirkəti banklar üçün «Plastik kart sahiblərinin həyat sığortası» məhsulunun tətbiqinə başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, şirkət bu məhsulu hazırladıqda Almaniya təcrübəsindən yararlanıb: «Almaniyanın tanımış təkrarsığorta şirkəti olan «Hannover Re» şirkəti ilə birgə hazırlanan bu sığorta məhsulu banklara paket şəklində təqdim edilir. Bu məhsulda bankın müştəriləri olan plastik kart sahibləri həyat sığorta növü üzrə sığortalanırlar. Bu məhsulda həm kredit kart sahibləri, eyni zamanda, bankda əmanəti olan müştərilər də sığortalana bilər».

Qeyd edək ki, «Paşa Həyat Sığorta» şirkəti 2010-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralında verilib. Cari il sentyabrın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR