Bank Of Baku

«Royal Bank» korporativ müştərilərlə iş sahəsində fəaliyyətini aktivləşdirir

«Royal Bank» korporativ müştərilərlə iş sahəsində fəaliyyətini aktivləşdirir
# 08 sentyabr 2011 14:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Royal Bank» ASC-nin xüsusi işçi qrupu tərəfindən «Risklərin coğrafiyası» adlı yeni proqram hazırlanır. Bunu «APA-Economics»ə açıqlamasında İdarə Heyətinin sədri Barat Piriyev bildirib.

B.Piriyevin sözlərinə görə, yeni proqramda korporativ müştərilərin daha çox hansı seqmentinə üstünlük verilməsi, kredit portfelində korporativ müştərilərin fiziki şəxslərə nisbətən sayının artırılması, həmçinin kreditlər üzrə digər risk qrupları üzrə təhlil əksini tapacaq.

B.Piriyev bildirib ki, proqramın hazırlanması üçün korporativ müştərilər üzrə kredit bazarının son 3 ili üzrə təhlili aparılır. «Təhlildə əsasən kreditlərin son 3 ildə korporativ müştərilərin daha çox hansı seqmentinə verilməsi, bazardakı tələbat araşdırılır. Bildiyiniz kimi, bank fəaliyyətini yalnız tək riteyl satışla məhdudlaşdıra bilməz, yəni bu o qədər də effektli olmur. Bu baxımdan, «Royal Bank» bu ilin sonunadək korporativ müştərilərin xüsusi çəkisini 10 faiz bəndi artıraraq 50%-ə çatdıracaq. Hazırda bankın kredit portfelində fiziki şəxslərin payı 60%, korporativ müştərilər isə 40% təşkil edir», - deyə Bankın sədri qeyd edib.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari il iyulun 1-nə bankın aktivləri 189,361 mln. manat, kredit portfeli 131,591 mln. manat, depozit portfeli 77,009 mln. manat, məcmu kapitalı 22,401 mln. manat təşkil edib. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR