Bank Of Baku

Azərbaycanın baş naziri Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Azərbaycanın baş naziri Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
# 08 sentyabr 2011 14:39 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın baş naziri Artur Rasizadə Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycanla Həştərxan arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyən A.Rasizadə qarşılıqlı münasibətlərin uzun əsrlər boyu inkişaf etdiyini diqqətə çatdırıb. Baş nazir bildirib ki, belə səfərlər tərəflər arasında iqtisadi, mədəni, turizm əlaqələrinin genişlənməsinə təkan verir.

Aleksandr Jilkin Azərbaycanla Həştərxan vilayəti arasındakı mövcud münasibətlərin real potensialı əks etdirmədiyini deyib. O, rəhbərlik etdiyi vilayətdə Azərbaycandan gələn iş adamları üçün hər bir şəraitin yaradıldığını vurğulayıb. Həmçinin Azərbaycandan idxal edilən kənd təsərrüfatı məhsullarına tələbatın böyük olduğunu da bildirib.

Rusiyanın Həştərxan vilayətində də neft-qaz hasilatının inkişaf etdiyini deyən qubernator bu sahədə kadr çatışmazlığı probleminin olduğunu söyləmişdir. Belə kadrların yetişdirilməsi üçün vilayətdə müvafiq təhsil bazasının olmadığını bildirən A.Jilkin bu sahədə Azərbaycanın köməyinə ehtiyac duyduqlarını qeyd edib.

Görüşün sonunda “Azərbaycan Respublikası ilə Həştərxan vilayətinin hökuməti (Rusiya Federasiyası) arasında ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq barədə” Saziş imzalanıb. Sənədi Azərbaycan hökuməti tərəfindən baş nazirin birinci müavini Yaqub Eyyubov, qarşı tərəfdən isə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR