Bank Of Baku

Azərbaycan Polşada keçiriləcək beynəlxalq biznes foruma dəvət olunub

Azərbaycan Polşada keçiriləcək beynəlxalq biznes foruma dəvət olunub
# 08 sentyabr 2011 15:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin təşkilatçıları Avropa İttifaqına sədrlik edən Polşanın Xarici İşlər Nazirliyi, Polşanın «Lewiatan» özəl işəgötürənlər konfederasiyası və Avropa biznesinin «BusinessEurope» konfederasiyasıdır.

Biznes forumun məqsədi iqtisadiyyatda Şərq Tərəfdaşlığının inkişafı ilə bağlı biznes-cəmiyyətləri üçün tövsiyələrin hazırlanması, eləcə də tərəfdaşlıq üzvü olan ölkələrdə biznesin fəallaşmasıdır.

Foruma Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna, Avropa İttifaqı ölkələrinin hökumətləri və Avropa Komissiyasının nümayəndələri dəvət olunublar. Bundan başqa, tədbirdə müxtəlif ölkələrdən sahibkarlar və işəgötürənlər təşkilatlarının nümayəndələri, investorlar, sahibkarlar, menecerlər və iqtisadçı-ekspertlər iştirak edəcəklər.

Forumun nəticələrinə həsr olunmuş son diskussiyalarda Polşanın baş naziri Donald Tuskun, Avropa Şurasının sədri Qerman van Rompeyin, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle iştirak edəcək. Bundan başqa, tədbirə Avropa Parlamentinin sədri Yeja Buzek və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun da qatılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR