Bank Of Baku

Azərbaycanda iki yeni kredit ittifaqı yaradılıb

Azərbaycanda iki yeni kredit ittifaqı yaradılıb
# 09 sentyabr 2011 11:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda iki yeni kredit ittifaqı dövlət qeydiyyatına alınıb. «APA-Economics»in məlumatına görə, bu barədə Vergilər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, «Cənub» kredit ittifaqı Lənkəran rayonunun Havzava kəndində təsis edilib. Nizamnamə kapitalı 4 000 manat olan ittifaqı bir-biri ilə qohumluq əlaqələri olan 11 fiziki şəxs təsis edib.

Daha bir kredit təşkilatı - «İnci Kredo» kredit ittifaqı Lənkəran şəhərində təsis edilib. Belə ki, 4 000 manat nizamnamə kapitalı olan bu təşkilatın da təsisçisi 11 fiziki şəxsdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR